FİFA-dakı korrupsiya ilə əlaqədar növbəti həbs » Memur.az

FİFA-dakı korrupsiya ilə əlaqədar növbəti həbs

FİFA-dakı korrupsiya ilə əlaqədar növbəti həbs

Qvatemala Futbol Federasiyasının baş katibi Hektor Truxilyo ABŞ-ın Florida şəhərində həbs olunub.

Memur.Az report.az-a istinadən xəbər verir ki, futbol funksionerini yerli vaxtla səhər saatlarında Port-Kanaveralda səyahət gəmisində yaxalayıblar.
Truxilyo FİFA-dakı korrupsiya işi üzrə ittiham olunan qurumun sabiq və hazırkı rəsmilərindən ibarət yeni siyahıda yer alıb. Bunu ötən gün ABŞ-ın baş prokuroru Loretti Linç açıqlayıb. Daha öncə Peru Futbol Federasiyasının prezidenti Manuel Burqa, Honduras Futbol Federasiyasının prezidenti Alfred Xavit, Qvatemala Futbol Federasiyasının prezidenti Brayan Ximenes, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının prezidenti Xuan Anxel Napout da həbs olunublar. Xavit və Napout həm də FİFA vitse-prezidentləridir. Ümumilikdə şübhəli şəxslər qismində 41 nəfərin adı hallanır.

Qeyd edək ki, FİFA tarixində ən böyük qalmaqal mayın sonlarında qurumun prezident seçkisinə 2 gün qalmış baş verib. Həmin vaxt ABŞ hüquq məhkəməsinin sorğusu əsasında İsveçrə polisi təşkilatın 7 üzvünü korrupsiyada şübhəli bilərək həbs edib.