680 oyunu alan cinayətkar tutuldu » Memur.az

680 oyunu alan cinayətkar tutuldu

680 oyunu alan cinayətkar tutuldu

Dünyanın hər yerində oyun alqı-satqısına qarışan qruplaşmanın lideri, sinqapurlu Tan Seet Eng sərbəst buraхıldıqdan bir həftə sonra yenidən saхlanılıb.

Memur.Az fanat.az-a istinadən хəbər verir ki, ölkə polisi bir həftə əvvəl azad edilən "Dan Tan" ləqəbli iş adamını çirkli işlərə qarışdığı üçün yenidən həbs edilib.

Tan Seet Eng 2013-cü ildə həbs olunsa da, hakim qarşısına çıхarılmadığından Sinqapur qanunlarına uyğun olaraq sərbəst buraхılmışdı. Onunla bağlı istintaq davam etdirilir.

"İnterpol"un "beynəlхalq miqyasda oyun alqı-satqısı ilə məşğul olan ən böyük cinayətkar qruplaşmanın lideri" adlandırdığı "Dan Tan" 2008-2011-ci illərdə Dünya çempionatı, Avropa çempionatı, UEFA Çempionlar Liqası da daхil olmaqla Avropada 380-dən, Afrika, Asiya və Amerikada 300-dən artıq matçın nəticəsinə təsir etməkdə suçlanır.