"Ronaldunun orda nə etməsi məni az maraqlandırır" » Memur.az

"Ronaldunun orda nə etməsi məni az maraqlandırır"

"Ronaldunun orda nə etməsi məni az maraqlandırır"

"Barselona"nın müdafiəçisi Dani Alveş "El Clasiko"dakı ağır məğlubiyyətə görə tənqidlərin Ronaldu və Benitezə yönəlməsini təbii hesab edir. Memur.Az goal.az-a istinadən xəbər verir ki, "sambaçı" bunları deyib:

"O, Kriştianu Ronaldu - dünyanın səviyyəli futbolçusu olaraq qalır. Bəlkə də, problem elə budur. Niyə belə danışıram? Ronaldu baş qəhrəman olmağı sevir. Qalib gələndə hamı səndən danışır, diqqət mərkəzinə düşürsən. Amma bundan xoşun gəlirsə, məğlub olanda da atəşi öz üzərinə almalısan. Komanda nəyisə səhv etsə və məğlub olsa, günahı sənin üzərinə atacaqlar. Amma Kriştianusuz da "Barselona"nın öz işləri çoxdur. Düzü, Ronaldunun orda nə etməsi məni az maraqlandırır".