"Fənərbağça" üçün Ançelotti iddiası » Memur.az

"Fənərbağça" üçün Ançelotti iddiası

"Fənərbağça" üçün Ançelotti iddiası

Tarixinin ən bahalı heyətini quran "Fənərbağça" istənilən oyunu göstərə bilməyincə baş məşqçi Vitor Perreyranın istefası barədə daha çox danışılır. Memur.Az goal.az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatında klubun prezidenti Aziz Yıldırımın Karlo Ançelottini baş məşqçi postuna gətirmək fikrində olduğu yazılır. Lakin bu, o qədər də asan deyil. İtalyan məşqçi və komandasının illik məvacibi 10 milyon avro təşkil edir.

Böyük ehtimalla "Fənərbağça" rəhbərliyi ilk dövrənin sonuna qədər gözləyəcək. Komandanın oyunu və nəticələrində nəzərə çarpacaq dəyişiklik olmasa, Perreyra vəzifəsindən uzaqlaşdırılacaq.