FİFA prezidentliyinə namizəd olan şeyxə qarşı İTTİHAM » Memur.az

FİFA prezidentliyinə namizəd olan şeyxə qarşı İTTİHAM

FİFA prezidentliyinə namizəd olan şeyxə qarşı İTTİHAM

FİFA prezidentliyinə namizədlərdən biri, 49 yaşlı bəhreynli şeyx Salman bin İbrahim Əl-Həlifə idmançıları liberal baxışlarına görə təqib etməkdə günahlandırılır.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "L'Equipe" qəzeti yazıb.

İddialara görə, 2011-ci ildə Bəhreyn Futbol Federasiyasının prezidenti vəzifəsində olarkən şeyxin təşəbbüsü ilə bir neçə idmançı barəsində uydurma cinayət işi açılıb. Əl-Həlifə, öz növbəsində, ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Qeyd edək ki, şeyx 2013-cü ildən etibarən Asiya futbol konfederasiyasının prezidenti, eyni zamanda FİFA-nın vitse-prezidentidir.

Xatırladaq ki, FİFA prezidenti postuna seçkilər 2016-cı il, fevralın 26-da keçiriləcək. Ali futbol qurumunun prezidentliyinə 7 nəfərin namizədliyi artıq təsdiqlənib.