"Fənərbağça"nın bəzi futbolçuları heyətdən kənarda qalıb » Memur.az

"Fənərbağça"nın bəzi futbolçuları heyətdən kənarda qalıb

"Fənərbağça"nın bəzi futbolçuları heyətdən kənarda qalıb

"Qalatasaray"la derbi matçından 1 xalla ayrılan "Fənərbağça" heyətdəki bəzi futbolçuları zədəyə görə itirib. Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı lacivərdlilər" Nani, Volkan Şen, Caner, Kadlec və Abdulaye Banı "Osmanlıspor"la oyunun iştirak ərizəsinə daxil etməyib. Bu futbolçulardan Naninin zədəsi olmasa da baş məşqçi Vitor Perreyra sıx qrafiklə oynamalı olan ulduz futbolçuya istirahət vermək qərarına gəlib. Zədəli Caner Almaniyada əməliyyat olunacaq. Ba və Kadlec isə ümumi qrupdan ayrı çalışır.