Şeyx FİFA prezidentliyinə namizəd oldu » Memur.az

Şeyx FİFA prezidentliyinə namizəd oldu

Şeyx FİFA prezidentliyinə namizəd oldu

Dünyanın ali futbol qurumunun prezidenti olmaq qərarına gələn Asiya Futbol Konfederasiyasının (AFC) rəhbəri şeyx Salman bin İbrahim əl-Xəlifə seçkilərdə iştirak etmək üçün sənədlərini FİFA nümayəndələrinə təqdim edib.

Report TASS agentliyinə istinadən xəbər verir ki, namizədlərin qeydiyyatı bu gün başa çatacaq.

Yeni prezidentinin adına isə gələn il, fevralın 26-da aydınlıq gələcək.

Əl Xəlifə Bəhreyn kral nəslindəndi. O, 2002-ci ildən AFK-nın prezidenti kimi fəaliyyət göstərir.