Ronaldo Arda Turandan danışdı » Memur.az

Ronaldo Arda Turandan danışdı

Ronaldo Arda Turandan danışdı

"Ardanı çox bəyənirəm. Gözəl oyunu ilə İspaniya Liqasına rəng qatır".

Bu sözləri "Real Madrid"in portuqaliyalı ulduzuKriştianu Ronaldu "Qızıl buts" mükafatının təqdimetmə mərasimində deyib: "Ardanı çox bəyənirəm. Gözəl oyunu ilə İspaniya Liqasına rəng qatır. Transferi həqiqətən hər kəsi təəccübləndirdi. Yanvara qədər oynamaması üzücü haldır, həm futbolçu, həm də futbolsevərlər üçün. Hər kəs onun meydançada olmasını istəyir. Ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq".

Ronaldu Türkiyə millisinin Avro-2016-ya vəsiqə qazanması haqda da danışıb: "Seçmə mərhələnin son turunda Türkiyənin göstərdiyi müdhiş şou tərifə dəyər. Türkiyənin final mərhələyə keçməsi məni sevindirdi. Türkiyə onsuz da buna layiqdi. Türkiyəyə və xüsusilə də Ardaya turnirdə uğurlar arzulayıram".