"İsa deyiləm ki, suyun üzərində gəzim" » Memur.az

"İsa deyiləm ki, suyun üzərində gəzim"

"İsa deyiləm ki, suyun üzərində gəzim"
"Liverpul"un yeni çalışdırıcısı Yurqen Klopp azarkeşlərə ondan qısa müddətdə möcuzə gözləməməyi məsləhət görüb.

Goal.az xəbər verir ki, alman mütəxəssis vaxta ehtiyacı olduğunu yenidən diqqətə çatdırıb.

"Əgər məni İsa kimi təsvir etmək istəyirsizsə, tezliklə suyun üzərində gəzə bilmədiyimi görəcəksiz. Elə o zaman bizim problemlərimiz çıxacaq. Doğrusu, suyun üzərində gəzməyi bacarmıram. Yoxlamaq istəsəm, bataram. Həyatda səbr etmək önəmlidir. Bu ajoitajdan sonra soyuyub futboldan danışmaq lazımdır. Başa düşürəm ki, "Liverpul" azarkeşləri uzun müddət uğur gözləyib və səbir tükənmək üzrədir. Amma mən başqa məşqçiyəm. Dəyişiklik olacaq, lakin bir gün ərzində bunun baş verməsi qeyri-realdır".