Avropa Liqası: “Qəbələ” qrup mərhələsinə 1 xalla start verib » Memur.az

Avropa Liqası: “Qəbələ” qrup mərhələsinə 1 xalla start verib

Avropa Liqası: “Qəbələ” qrup mərhələsinə 1 xalla start verib

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilir. Azərbaycan təmsilçisi “Qəbələ” Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

APA-nın məlumatına görə, tarixində ilk dəfə Avroliqanın qrupuna düşən milli çempionatınımızın bürünc mükafatçısı bu mərhələnin ilk oyununda öz meydanında Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. “Qəbələ” qrup mərhələsindəki ilk oyununda heç-heçə oynayaraq (0-0), 1 xal qazanıb.

“Qəbələ” qrup mərhələsinə qədər təsnifat mərhələsində uğurlu çıxış göstərərək “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr) və “Panatinaikos” (Yunanıstan) klublarını mübarizədən kənarlaşdırıb.


UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
17 sentyabr

“Qəbələ” (Azərbaycan) – PAOK (Yunanıstan) - 0:0
Bakı. “Bakcell Arena”

Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Dieqo Sevilya (İspaniya)