UEFA Bakıdakı matçı “Qarabağ”a iki qol vuran futbolçunun həmyerlisinə etibar etdi
Tarix : 22-02-2022, 10:31 | Bölmə: idman

Oxu.Az xəbər verir ki, qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Bartoş Frankovski olacaq. Ona Marçin Bonek və Yakub Vinkler kömək edəcək. Dördüncü hakim funksiyasını Kjıştof Yakubik icra edəcək.
Maraq doğuran məqam budur ki, Fransa klubunun əsas qol silahı da məhz Polşadan olan Arkadyuş Milikdir. O, Marseldəki ilk qarşılaşmada Ağdam komandasının qapısından iki top keçirib.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər