Ronaldo koronavirusa yoluxub » Memur.az

Ronaldo koronavirusa yoluxub

Ronaldo koronavirusa yoluxubBraziliyanın “Kruzeyro” futbol klubunun sahibi Ronaldoda koronavirus aşkarlanıb.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Braziliyalının vəziyyətinin yaxşı olduğu və özünü təcrid etdiyi bildirilir. Xəstəliyi səbəbindən o, klubun bayram tədbirlərinə qatıla bilməyəcək.

Futbolçu kimi Ronaldo iki dəfə dünya çempionu (1994, 2002), həmçinin 1998-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

Bu illər ərzində o, “Kruzeyro”, Hollandiyanın PSV, İspaniyanın “Barselona” və “Real”, İtaliyanın “İnter” və “Milan”, Braziliyanın “Korintians” klublarında çıxış edib.

Ronaldo iki dəfə ilin ən yaxşı oyunçusu kimi Qızıl top mükafatını qazanıb (1997, 2002).

Mənbə: TASS