Tarix : 2-01-2022, 11:13 | Bölmə: idman

Ronaldu “Mançester Yunayted”lə nail olduqlarından narazıdırPortuqaliyalı hücumçu Kriştianu Ronaldu ilin yekunlarını qiymətləndirib.

Futbolçu “Mançester Yunayted”lə nail olduqlarından razı qalmadığını bildirib.

“Əlbəttə ki, “Old Trafford”a qayıtmaq həmişə mənim karyeramda ən əlamətdar anlardan biri olacaq. Ancaq “Mançester Yunayted”lə nail olduqlarımdan məmnun deyiləm. Bizdən heç kim razı deyil, buna əminəm. Bilirik ki, daha çox çalışmalı, indi oynadığımızdan daha yaxşı oynamalıyıq”, - deyə o bildirib.

Oxşar xəbərlər