İranda 5,2 bal gücündə zəlzələ » Memur.az

İranda 5,2 bal gücündə zəlzələ

İranda 5,2 bal gücündə zəlzələİranın Rəzəvi Xorasan ostanında bu gün yerli vaxtla 08:32-də 5,2 bal gücündə zəlzələ baş verib.

Tehran Universiteti Seysmologiya Mərkəzinin açıqlamasına görə, zəlzələnin episentri Qoçan şəhəridir.

Altı kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgəyə ilk yardım qrupları cəlb edilib.

Dağıntı və ya tələfatlar barədə məlumat daxil olmayıb.

Mənbə: “Mehrnews”