Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alan var » Memur.az

Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alan var

Hacıqabulda iki avtomobil toqquşub, xəsarət alan varHacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Abbasov İlham Aydın oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.