Atasının maşını qaçıran gənc dəhşətli qəza törətdi: ölənlər var - YENİLƏNİB » Memur.az

Atasının maşını qaçıran gənc dəhşətli qəza törətdi: ölənlər var - YENİLƏNİB

Atasının maşını qaçıran gənc dəhşətli qəza törətdi: ölənlər var - YENİLƏNİB

Digər avtomobildə isə keçmiş tələbə yoldaşları olub

Ötən gecə Ələt-Astara yolunda baş vermiş avtomobil qəzasında iki gənc həyatını itirib, daha üç nəfər isə ağır yaralanıb.

Lent.azın virtualaz.org saytına istinadən məlumatına görə, qəza saat 00:30 radələrində Ələt-Astara avtomobil yolunun 38-ci km-də, Salyan rayonunun Xalac kəndi ərazisində baş verib.

Bakı şəhər sakini, 39 yaşlı Rəhman Çoban oğlu İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla Salyan rayonu Şəkərli kənd sakini, 19 yaşlı Mirteyyub Elxan oğlu Əhmədovun idarə etdiyi "Mercedes" markalı maşın toqquşub. Nəticədə Mirteyyub Əhmədov və sərnişini - 19 yaşlı Təbriz Vüqar oğlu Heydərov yerindəcə həlak olublar.

Digər avtomaşının sürücüsü Rəhman İsmayılov və sərnişinləri - Bakı şəhər sakini Firuz Bilal oğlu Qələmzadə və Şəki sakini Sadıqov Zaur Muxtar oğlu aldıqları xəsarətlər nəticəsində Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağırdır.

Şəkərli kənd sakinlərinin virtualaz.org-a verdikləri məlumata görə, 19 yaşlı Mirteyyub Əhmədov atasının xəbəri olmadan onun avtomaşınını qaçırıb. Həmyaşıdı 19 yaşlı Təbrizi də özü ilə götürüb.

Digər "Mercedes"də olan üç nəfər isə keçmiş tələbə yoldaşı olublar. Dostlar BDU-da onlarla birgə oxumuş Xələc kənd sakini olan dostlarıgildən qayıdırmış.

Faktla bağlı yol polisi idarəsi tərəfindən araşdırma aparılır.


*****

05:28

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 38-ci kilometrliyində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilərin birinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 01:19-da başa çatıb.