Tarix : 25-07-2021, 12:46 | Bölmə: hadise

Türkiyə Ordusunun iki hərbçisi şəhid olubTürkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyatı aparan hərbçiləri terrorçuların hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, “Fırat qalxanı” antiterror əməliyyatı rayonunda Türkiyə Ordusuna məxsus “Kirpi” zirehli hərbi maşınına edilən hücum nəticəsində iki türk hərbçi şəhid olub, ikisi yaralanıb. Yaralılar Türkiyə ərazisində xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, “Fırat qalxanı” antiterror əməliyyatı rayonunda əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib. Terrorçulara qarşı əlavə cəza tədbirləri həyata keçirilib.

Oxşar xəbərlər