Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldı » Memur.az

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldı

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldıYasamal rayonu ərazisindən VAZ-2107 markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini M.Həmidov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə mayın 13-də rayon ərazisindən Bakı şəhər sakini S.Əliyevə məxsus VAZ-2107 markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum M.Həmidov müəyyən edilərək saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.