Gəncədə mübahisə qanla nəticələndi » Memur.az

Gəncədə mübahisə qanla nəticələndi

Gəncədə mübahisə qanla nəticələndi

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1966-ci il təvəllüdlü Asif Hüseynov mübahisə etdiyi şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirilər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.