Bakıda 22 yaşlı gənci avtomobil vurdu » Memur.az

Bakıda 22 yaşlı gənci avtomobil vurdu

Bakıda 22 yaşlı gənci avtomobil vurduBakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Həsən Əliyev küçəsində 1999-cu il təvəllüdlü Məhərrəmli Ramos Elşad oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.