Binəqədidə avtomobil qəzası: Xəsarət alan var
Tarix : 22-02-2021, 09:12 | Bölmə: hadise

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1969-cu il təvəllüdlü Qurbanov Əfqan Əli oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün və sol ayağının sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər