Bakıda 23 yaşlı gənc yol qəzasında xəsarət aldı » Memur.az

Bakıda 23 yaşlı gənc yol qəzasında xəsarət aldı

Bakıda 23 yaşlı gənc yol qəzasında xəsarət aldıBakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Abdullayev Seymur Abbas oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona aşıq baldır oynağının və diz nahiyəsinin əziyi, təpə nahiyəsinin çapılmış yarası diaqnozları qoyulub.