Gəncədə yaş yarımlıq uşaq qətlə yetirilib-biri isə yaralıdı » Memur.az

Gəncədə yaş yarımlıq uşaq qətlə yetirilib-biri isə yaralıdı

Gəncədə yaş yarımlıq uşaq qətlə yetirilib-biri isə yaralıdı

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az-ın xəbrinə görə, iki uşağın boğazı kəsilib.

Hadisə bu gün saat 17 radələrində şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan bir yaş yarımlıq Ə. Y.-nin boğazı kəsilərək qətlə yetirilib. Eyni vaxtda onun qardaşı, 2013-cü il təvəllüdlü Ə.V.-nin da boğazı kəsilib. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriblər.

Uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.


Faktla bağlı cinayət işi acılıb, araşdırma aparılır.

Anspress isə Gəncə şəhər Polis İdarəsinə istinadən bildirib ki, hadisə zamanı ailənin 4 nəfər üzvü də evdə olub. Axşam saatlarında iki maskalı şəxs evə daxil olaraq 1 və 3 yaşlı uşaqların boğazını kəsib. Onlar evdən heç nə götürməyiblər.

Yerli sakinlərin bildirdiyinə görə, ailə radikal dini təriqətin üzvü olub.