Amin Musayev: “Başımın arxasına yandırıcı maye tökürdülər”
Tarix : 7-01-2021, 15:29 | Bölmə: hadise

Memur.Az xəbər verir ki, bunu əsirlikdən qayıtmış Amin Musayev deyib.
O bu gün keçirilən mətbuat konfransında danışıb:
“Gecə yatanda səs salırdılar, işığı yandırırdılar ki, yatmayım. Başımın arxasına nəsə yandırıcı maye tökürdülər. Gətirdikləri yemək yeyiləsi deyildi. Amma ümidim var idi ki, qayıdacağam. Səhər tezdən sarğılarım dəyişiləndə təəccübkəndim ki, belə vaxt dəyişilməzdi. Daha sonra təyyarədə olanda rus mənə dedi ki, Bakıya gedirsən. 33 gün əsirlikdə oldum. Əməliyyatım səhv olmuşdu. Tez-tez Qarabağ sözünü eşidirdim. O qədər qorxaqdırlar ki, məğlubiyyətlərini qəbul edə bilmirdilər”.
Oxşar xəbərlər