Bulvarda ailə faciəsi: 16 yaşlı qız özünü dənizə atıb » Memur.az

Bulvarda ailə faciəsi: 16 yaşlı qız özünü dənizə atıb

Bulvarda ailə faciəsi: 16 yaşlı qız özünü dənizə atıb

Bakıda 16 yaşlı qız özünü dənizə atıb. Lent.az-ın məlumatına görə, gecə saat 01 radələrində Beyləqan rayonu, Yuxarı Çəmənli kənd sakini, 1999-cu il təvəllüdlü Əliyeva Aysu Sakit qızı (ad və soyad şərtidir) Dənizkənarı Milli Parkda Saat Qülləsinin yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib. 16 yaşlı qız FHN-nin əməkdaşları tərəfindən xilas olunub.

İlkin araşdırmalardan sonra məlum olub ki, 16 yaşlı qız bir neçə gün əvvəl yaşadığı rayonda ailə-məişət münaqişəsi zəminində atası və qardaşı tərəfindən döyülüb. Bundan sonra o, Bakıya qaçıb və özünü öldürməyə çalışıb.


Faktla bağlı araşdırmalar aparılır.