Bakıda 44 yaşlı kişi bıçaqlandı » Memur.az

Bakıda 44 yaşlı kişi bıçaqlandı

Bakıda 44 yaşlı kişi bıçaqlandıBakıda bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Çiçək qəsəbəsində 1976-cı il təvəllüdlü Səlimli Amil Mülayim oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol tərəfinin daxilə nüfuz edən yarası və sol baldırın kəsilmiş-deşilmiş yaraları diaqnozları qoyulub.