Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb » Memur.az

Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb

Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülübQubada qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat verib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruçuq kənd sakini Fərhad Nəmətova məxsus fərdi evin həyətindən müvafiq sənədləri olmayan bir ədəd “İj” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.