Tarix : 29-08-2020, 18:07 | Bölmə: hadise

Cəlilabadda kişi arvadını bıçaqladıCəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, rayonun Uzuntəpə kənd sakini Elnur Əliyev yaşadıqları evdə arvadı Natavan Nəsirovaya bıçaqla xəsarət yetirib. Bununla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd olunub ki, rayon prokurorluğunun əməkdaşları tərəfindən Elnur Əliyev təqsirləndirilən şəxs qismində saxlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə müvafiq ekspertizalar təyin olunub. Şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər