Tarix : 26-07-2020, 23:57 | Bölmə: hadise

Qazaxda dörd nəfər bıçaqlandıQazaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisələrdən biri kafedə baş verib. Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sarğı nahiyyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyyəsindən bıçaqlanıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının sözlərinə görə, o, taksi sürücüsü ilə mübahisə zəminində bıçaqlanıb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Oxşar xəbərlər