Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, bir nəfər ölüb » Memur.az

Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, bir nəfər ölüb

Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, bir nəfər ölübAzərbaycanda yeni növ koronavirusa yoluxan jurnalistlərin sayı açıqlanıb. 

Memur.Az xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli məlumat verib. 

O bildirib ki, koronavirusun yayıldığı ilk dörd ay ərzində ölkəmizdə jurnalistlər sırasında COVİD-19-a yoluxan olmayıb:

“İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 nəfər jurnalist COVİD-19-a yoluxub, bir nəfər isə həyatını itirib”.