“Semaşko” bağlandı: Yalnız koronaviruslu xəstələr qəbul ediləcək - ÖZƏL » Memur.az

“Semaşko” bağlandı: Yalnız koronaviruslu xəstələr qəbul ediləcək - ÖZƏL

“Semaşko” bağlandı: Yalnız koronaviruslu xəstələr qəbul ediləcək - ÖZƏL1 saylı Kliniki Tibbi Mərkəz bağlanıb.

Memur.Az-ın əldə etdiyi məlumata görə, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.

Mənbədən verilən məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:

“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicəsi aparılacaq”.