Gəlin toy günü öldü » Memur.az

Gəlin toy günü öldü

Gəlin toy günü öldü

Bakıda gəlin toyu günü yol qəzasında ölüb.


Lent.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.


Belə ki, Xəzər rayon sakini Vəsilə Rzayeva toya hazırlıq üçün "gözəllik salonu"na gedib. Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu gəlini evə aparmaq üçün onun dalınca göndərib. Amma salondan çıxan avtomobil bir qədər gedəndən sonra aşıb. Nəticədə öz toyuna hazırlaşan V.Rzayeva hadisə yerində ölüb.


Qeyd edək ki, qəza zamanı gəlinin yanında olan və şəxsiyyəti hələ ki, məlum olmayan bir qadın da hadisə yerində dünyasını dəyişib.
Qəza ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.