Xırdalanda özünü dördüncü mərtəbədən atan qadın sağ qaldı » Memur.az

Xırdalanda özünü dördüncü mərtəbədən atan qadın sağ qaldı

Xırdalanda özünü dördüncü mərtəbədən atan qadın sağ qaldıAbşeronda intihara cəhd olub.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, təxminən 40-45 yaşlı qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

Xoşbəxtlikdən o, ağaclara dəyərək sağ qalıb.

Yaralı qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.