Paytaxtda ağır qəza: 1 ölü, 2 yaralı » Memur.az

Paytaxtda ağır qəza: 1 ölü, 2 yaralı

Paytaxtda ağır qəza: 1 ölü, 2 yaralı

Bakıda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, yol qəzası paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakini Qabil Rəşid oğlu İsmayılovun idarə etdiyi “VAZ 2109” markalı, 10-MB-147 dövlət nömrə nişanlı avtomobil 1947-ci il təvəllüdlü Fəxrəddin Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə F. Əliyev və oğlu Fərid, digər avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub.

Q. İsmayılovun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Rəna Lətifova hadisə yerində ölüb.