Bakıda avtomobilin üstünə ağac aşdı » Memur.az

Bakıda avtomobilin üstünə ağac aşdı

Bakıda avtomobilin üstünə ağac aşdı

Ötən gündən paytaxt Bakıda əsməyə başlayan güclü külək fəsadsız ötüşməyib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, Bakının Xətai rayonunun NZS qəsəbəsində minik avtomobilinin üstünə ağac aşıb. General Mehmandarov küçəsində qeydə alınan hadisə zamanı güclü külək yaxınlıqda olan ağacı Manafov İbada aid “90 UT 428” dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin üstünə aşırıb. Zərərçəkmişin ANS PRESS-ə verdiyi məlumata görə, avtomobilə külli miqdarda ziyan dəyib və hazırda maşın istifadəyə yararsız haldadır.

Zərərçəkmiş faktla bağlı 102, 112 xidmətlərinə, həmçinin avtomobilin sığorta olunduğu sığorta şirkətinə məlumat verdiyini bildirib. Sığorta şirkətindən zərərçəkmişə bildirilib ki, sadəcə icbari sığortası olduğundan onun zərəri kompensasiya olunmayacaq.