Şəkidə 38 yaşlı kişinin meyiti tapıldı » Memur.az

Şəkidə 38 yaşlı kişinin meyiti tapıldı

Şəkidə 38 yaşlı kişinin meyiti tapıldı

Şəkidə mənzildə meyit aşkar edilib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər evə baxış keçirərkən ev sahibi 1977-ci il təvəllüdlü Səmədov Əbülfəz Nazim oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:08-də başa çatıb.