Məşəlin Bakıya gələcəyi gün hansı küçələr bağlanacaq? - FOTO » Memur.az

Məşəlin Bakıya gələcəyi gün hansı küçələr bağlanacaq? - FOTO

Məşəlin Bakıya gələcəyi gün hansı küçələr bağlanacaq? - FOTO

Nəqliyyat vasitələri alternativ yollara yönləndirəcək

İyunun 7-də I Avropa Oyunları məşəli Bakıya qayıdacaq və iyunun 12-də keçiriləcək açılış mərasimindən əvvəl Bakıda və yarışların keçiriləcəyi obyektlərdə beş gün ərzində tədbirlər təşkil olunacaq. Lent.az Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinə istinadən xəbər verir ki, tədbirlərlə əlaqədar olaraq, məşəl Bakıya çatanda, xüsusilə də 7 iyun tarixində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan tarixdə günün müxtəlif saatlarında nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı prospekt, küçə və yollar aşağıdakılardır əlavədəki fotoda detallı göstərilib.

Əlavə edə ki, qeyd edilən yollarda yol polisi nəqliyyat vasitələrini alternativ yollara yönləndirəcək və həmin ərazilərdə parklanma səhər saat 08:00-dan gecə 00:15-dək qadağan olunacaq.