Tarix : 12-03-2020, 11:06 | Bölmə: hadise

Bakıda 27 yaşlı gənc bıçaqlandıBakıda 27 yaşlı gənc bıçaqlanıb.

Memur.Az xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. 

Paytaxt sakini, 1993-cü il təvəllüdlü İlkin Hüseynov küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. İlkin məlumatlara görə, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər