Bakıda avtomobil dərəyə yuvarlandı » Memur.az

Bakıda avtomobil dərəyə yuvarlandı

Bakıda avtomobil dərəyə yuvarlandı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Bakı-Qazax magistral avtomobil yolunun 60-cı kilometrliyində, Qaradağ rayonu ərazisində “Nissan” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 05:36-da başa çatıb.