Bakıda küçədə qadın meyiti tapıldı » Memur.az

Bakıda küçədə qadın meyiti tapıldı

Bakıda küçədə qadın meyiti tapıldıÖtən gün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində küçədə qadın meyiti tapılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Meyitin üzərində zorakı əlamətlərə rast gəlinməyib.

45-50 yaşlarında olan qadının şəxsiyyəti hələ müəyyən edilməyib.

Polisin ilkin versiyasına görə, qadının daimi yaşayış yeri olmayıb və səfil həyat tərzi sürüb.