Bakıda avtomobilin vurduğu piyada ölüb » Memur.az

Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada ölübSabunçu rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon ərazisində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Cəfərov Şəhriyar Tariyel oğlunu vurub.

Yaralı komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, müştərək travma diaqnozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq, Ş.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.