Bakının ayrı-ayrı yerlərində iki nəfər bıçaqlandı, vəziyyətləri ağırdır » Memur.az

Bakının ayrı-ayrı yerlərində iki nəfər bıçaqlandı, vəziyyətləri ağırdır

Bakının ayrı-ayrı yerlərində iki nəfər bıçaqlandı, vəziyyətləri ağırdırPaytaxtın müxtəlif yerlərində iki bıçaqlanma hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, hər iki halda zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

İlk hadisə metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında qeydə alınıb. 1986-cı il təvəllüdlü Quliyev Rüstəm Cəbrayıl oğlu tanımadığı şəxslə mübahisə zəminində bıçaqlanıb.

Xəstəxanaya çatdırılan kişinin vəziyyəti ağırdır. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

İkinci hadisə Binəqədidə baş verib.

1989-ci il təvəllüdlü Küclü Sərxan Fəhmin oğlu “Qız qalası” marketinin yaxınlığında  naməlum şəxs tərəfindən bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktlarla bağlı Nərimanov və Binəqədi Rayon Polis İdarələrində araşdırma aparılır.