Yasamalda 30 yaşlı kişini maşınında güllələyiblər » Memur.az

Yasamalda 30 yaşlı kişini maşınında güllələyiblər

Yasamalda 30 yaşlı kişini maşınında güllələyiblərBakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

APA xəbər verir ki, hafisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə üç güllə vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.