Bakıda kütləvi dava, üç nəfər bıçaqlandı » Memur.az

Bakıda kütləvi dava, üç nəfər bıçaqlandı

Bakıda kütləvi dava, üç nəfər bıçaqlandıBakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, baş verən kütləvi davada 1989-ci il təvəllüdlü Vəliyev Əli Cəmil oğlu, 1991-ci il təvəllüdlü Xəlilzadə Murad Məzahir oğlu, 1984-cü il təvəllüdlü Rzayev Vüsal Zöhrab oğlu bıçaqlanıb.

Onlar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra Ə. Vəliyevə ciyər nahiyəsinə bıçaq yarası, M. Xəlilzadəyə sağı döş qəfəsinin deşilmiş yarası, V. Rzayevə isə sağ bud nahiyəsindən bıçaq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.