Deputat oğlunun saxlanılmasından danışdı: “7 il əvvəl Cahangir Hacıyevlə...” » Memur.az

Deputat oğlunun saxlanılmasından danışdı: “7 il əvvəl Cahangir Hacıyevlə...”

Deputat oğlunun saxlanılmasından danışdı: “7 il əvvəl Cahangir Hacıyevlə...”

“Oğlum hal-hazırda evdədir, yatır”

Milli Məclisin deputatı Fərhad Qəribov oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib. Lent.az-a açıqlama verən millət vəkili bildirib ki, oğlunun Beynəlxalq Banka heç bir kredit borcu yoxdur: “7 il əvvəl oğlum Cahangir Hacıyevlə şərik iş qurmuşdu. Lakin bu iş alınmadı. Oğlumun ona heç bir borcu da olmayıb”.


F.Qəribov əlavə edib ki, Elnur Qəribovun saxlanması xəbəri həqiqəti əks etdirmir: “Bunlar hamısı yalan söhbətlərdir, ola bilər çağırıb nə isə soruşublar, amma buna don geyindirmək, bəzəyib ictimaiyyətə çatdırmaq doğru deyil. Oğlum hal-hazırda evdədir, yatır”.