Bakıda 62 yaşlı kişini bıçaqladılar » Memur.az

Bakıda 62 yaşlı kişini bıçaqladılar

Bakıda 62 yaşlı kişini bıçaqladılarSabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.  

Oxu.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.  

Axundzadə küçəsində 1957-ci il təvəllüdlü Adil Dadaşov tanımadığı şəxslə mübahisə zəmnində bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.  
Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.