Bakıda 43 yaşlı kişi bıçaqlanıb » Memur.az

Bakıda 43 yaşlı kişi bıçaqlanıb

Bakıda 43 yaşlı kişi bıçaqlanıbXəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Qala qəsəbəsində qeydə alınıb.

1976-cı il təvəllüdlü Ağalarov Əli Mirqubad oğlu naməlum şəxslə mübahisə zəmnində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin və belin sağ nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.