Sumqayıtda bina yandı, sakinlər təxliyə edildi » Memur.az

Sumqayıtda bina yandı, sakinlər təxliyə edildi

Sumqayıtda bina yandı, sakinlər təxliyə edildiSumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 67 m² olan 4 otaqlı mənzilin 2 otağında 2 ədəd yataq dəsti, digər otağında 1 ədəd xalça və 2 m² sahədə döşəmə yanıb.

Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.