Bakıda adam bıçaqlayan şəxsə 6 İL HƏBS » Memur.az

Bakıda adam bıçaqlayan şəxsə 6 İL HƏBS

Bakıda adam bıçaqlayan şəxsə 6 İL HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini Lətafət Qardaşxanovanın məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Lətafət Qardaşxanov 5 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2014-cü ilin sentyabrın 12-də Xətai rayonu ərazisində kirayədə yaşayan Masallı rayon sakini Seymur Rahibli kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Yaralı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilib. Yaralı Seymur Rahibli izahatı zamanı polisə maraqlı ifadə verib. O, bıçaqlanmadığını, sadəcə limon doğrayan zaman özü-özünə xəsarət yetirdiyini bildirib. Amma polislər limon doğrayan insanın qarın nahiyəsinə ehtiyatsızlıqdan xəsarət yetirməsi versiyasını inandırıcı saymayıb. Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Cəlilabad rayon sakini Lətafət Qardaşxanova tutulub.