Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlir » Memur.az

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlir

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlir

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Fill Kreven Bakıya gəlir.

Lent.az-ın məlumatına görə, iyunun 25-29-da I Avropa Oyunlarında iştirak edəcək paralimpiyaçı cüdoçuların yarışlarını izləmək üçün Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Fill Kreven Bakıda səfərdə olacaq.

Onu Beynəlxalq Paralimpiya Komitəsinin vitse prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, 2016 Rio-de-Janeyro Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin İnteqrasiya üzrə Komitə sədri Endrü Parsons və Britaniya Paralimpiya assosiasiyasının fəxri vitse prezidenti, I Bakı 2015 Avropa Oyunları komisiyyasının üzvü Toni Seynsburi müşayət edəcək. Onlar səfər çərçivəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaqla yanaşı, bir sıra rəsmi görüşlər keçirəcək